Tatlısəsi 13 illik düşməni öldürmək istəyib
Lent.az-ın Türkiyənin “Vatan” qəzetinə istinadən verdiyi məlumata görə, hücumda istifadə olunan Kalaşnikov avtomatı və kirayə götürülmüş avtomobil də tapılıb. Türkiyə polisi 120 kamera görüntüsünü izlədikdən sonra İbrahim Tatlısəsə qarşı hücumun 2003-cü ildə də müğənnini bir proqramdan çıxarkən öldürməyi planlaşdıran, ancaq adamları təsadüfən ələ keçən Abdulla Uçmaq tərəfindən təşkil olunduğu qənaətinə gəlib. Olaydan əvvəl Abdulla Uçmağın bir neçə dəfə həmin ərazidə olduğu da üzə çıxıb. Abdulla Uçmaq telefondan çox nadir hallarda istifadə etsə də, onun adamlarının “bu iş çox çətindir, üzərimizdə qalacaq” söylədikləri də məlum olub. Silahlı hücumda istifadə olunan avtomobilin də 6 ay əvvəl azadlığa çıxan Abdulla Uçmaq tərəfindən icarəyə götürüldüyü dəqiqləşdirilib. Polis 3 nəfərdən ibarət 10 xüsusi qrup yaradıb. Uçmaq qaçmaq istəsə də, o və 20 adamı saxlanılıb.
Qeyd edək ki, hələ 1998-ci ildə Abdulla Uçmaq Star telekanalına müsahibəsində deyib ki, bu düşmənçilik İbrahim Tatlısəsin qanı axana qədər sürəcək. Düşmənçiliyə səbəb isə İbrahim Tatlısəsin oğlu və müğənninin 3 yaxın qohumunun bir barın sahibini cəzalandırmaq üçün bara hücum çəkməsi və atəş açmaları olub. Həmin vaxt bar sahibinin yanında Abdulla Uçmaq və adamları da olub və açılan atəş nəticəsində Abdulla Uçmağın 2 adamı yaralanıb.

657