“VAZ 21011” dirəyə çırpıldı: 4 ölü, 1 yaralı
Martın 16-da saat 19:30 radələrində Bakı-Qazax yolunda ağır qəza baş verib.
Baş Dövlət Yol Polisi İdarəsindən Lent.az-a verilən məlumata görə, yolun 87-ci kilometrliyində Hacıqabul rayonunun Atbulaq kəndi yaxınlığında “VAZ 21011” markalı avtomobil beton dirəyə çırpılıb. Nəticədə avtomobilin sürücüsü, 1939-cu il təvəllüdlü Səfixanov Telman Qəhrəman oğlu, sərnişinlər – 1963-cü il təvəllüdlü Rəhimli Sadiq Əkbər oğlu, onu oğlu, 11 yaşlı Rəhimli Cavid Sadiq oğlu və yaxın qohumu, 1976-cı il təvəllüdlü Əliyeva Ruhiyyə Akif qızı ölüb. S.Rəhimlinin həyat yoldaşı 1977-ci il təvəllüdlü Rəhimova Validə Qərib qızı isə yaralı halda Şirvan şəhər mərkəzi xəstəxanasına yerləşdirilib.
Faktla bağlı BDYPİ-nin İstintaq İdarəsində araşdırma başlanılıb.
Nizam Rza

450