Əsirlikdəki hərbçimiz sabah qaytarılacaq
Erməni əsirliyində olan Azərbaycan Ordusunun çavuşu Anar Hacıyev sabah geri qaytarılacaq. Bu barədə APA-ya Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi Şahin Sailov məlumat verib. Onun sözlərinə görə, əməliyyat sabah saat 14.00 radələrində cəbhənin Ağdam rayonu istiqamətində baş tutacaq. Belə ki, Azərbaycanda saxlanılan Ermənistan vətəndaşı Artur Badalyan qarşı tərəfə, çavuş Anar Hacıyev isə Azərbaycana təhvil veriləcək.
Xatırladaq ki, hazırda Ermənistanda iki Azərbaycan hərbçisi əsirlikdə saxlanılır. Azərbaycan Ordusunun kiçik çavuşları Roman Hüseynov ötən il avqustun 27-də, Anar Hacıyev isə 2009-cu il mayın 10-da Ermənistan Silahlı Qüvvələri tərəfindən əsir götürülüb. Azərbaycanda isə 12 Ermənistan vətəndaşı əsir və girovluqdadır.

456