Bakıda 84 yaşlı qadının meyiti tapılıb
Nəsimi rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, Əliisgəndər İsgəndərov küçəsi ev 3A mənzil 7-də yaşayan 1927-ci il təvəllüdlü Əliyeva Dilarə İbrahim qızı yaşadığı mənzildə ölüb. Qonşuları qapı arxasında yaşlı qadının köməksiz vəziyyətdə qalması barədə məlumat verib. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə beşmərtəbəli yaşayış binasının sonuncu mərtəbəsindən enərək 3-cü mərtəbədə yerləşən həmin mənzilə pəncərədən daxil olub və giriş qapısını açıb. Mənzilə baxış keçirilərkən 1927-ci il təvəllüdlü D.Əliyevanın meyiti döşəmənin üzərində aşkarlanıb.
Qeyd edək ki, 84 yaşlı qadın tənha yaşayırmış. Qadının hansı səbəbdən öldüyünün müəyyənləşdirilməsi üçün ekspertizalar təyin olunub.
Nizam Rza
Qeyd edək ki, 84 yaşlı qadın tənha yaşayırmış. Qadının hansı səbəbdən öldüyünün müəyyənləşdirilməsi üçün ekspertizalar təyin olunub.
Nizam Rza
477