Sərxoş qadın maşınla ana-balanı vurdu
16 mart 2011 13:01 (UTC +04:00)

Sərxoş qadın maşınla ana-balanı vurdu

Gəncədə bir nəfərin ölümü digərinin isə yaralanması ilə nəticələnən yol qəzası baş verib. Şəhər Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Gəncə şəhər sakini Nəzakət Sadıxova sərxoş halda idarə etdiyi “VAZ-2106” markalı avtomaşını həmyerliləri Marina Qarazadəni və onun oğlu Kamranı vurub.

Nəticədə xəsarət almış M.Qarazadə və onun azyaşlı oğlu Kamran xəstəxanaya yerləşdirilib. Çox keçmədən Kamran aldığı xəsarətdən ölüb.

Faktla bağlı araşdırmalar aparılır.


Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 480

Oxşar yazılar