Üç qardaşı bıçaqladılar
APA-nın Qarabağ bürosunun məlumatına görə, Ağdam rayonunun İlxıçılar kəndindən olan məcburi köçkünlər - 1982-ci il təvəllüdlü Əkbər Əzimov, 1983-cü il təvəllüdlü Rafiq Əzimov və 1985-ci ildə anadan olmuş Fuad Əzimov müxtəlif dərəcəli bıçaq yaraları ilə Ağdam Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Onların qardaş olduğu bildirilib.
Ağdam rayonu ərazisində məcburi köçkünlər üçün salınmış qəsəbədə məskunlaşan qardaşların yaxınları APA-ya bildiriblər ki, Əzimov qardaşları ilə Tərtərin Hüsənli kəndinin bir qrup sakini arasında qarşıdurma olub. Nəticədə qardaşlar bıçaqlanıblar. Ağdam Mərkəzi Rayon Xəstəxanasından APA-nın Qarabağ bürosuna verilən xəbərə görə, yaralılara tibbi yardım göstərildikdən sonra onlar palataya yerləşdiriliblər. Həyatları üçün təhlükə yoxdur.
Faktla bağlı Tərtər rayon Polis Şöbəsində araşdırma aparılır. Hadisəni törətməkdə şübhəli bilinənlər saxlanılıb.

510