Eynulla Fətullayevlə bağlı kasasiya şikayəti verilib
Bu barədə APA-ya açıqlamasında onun vəkili Rəşid Hacılı məlumat verib. Vəkil qeyd edib ki, kasasiya şikayəti Bakı Apelyasiya Məhkəməsinin E. Fətullayevlə bağlı yanvarın 25-də çıxardığı qərarla bağlıdır: “Azərbaycan Ali Məhkəməsi bir ay müddətinə jurnalistin şikayətinə baxa bilər. Bundan əvvəl Ali Məhkəmə Avropa Məhkəməsinin qərarı ilə bağlı işə baxarkən onun günahsız olduğunu təsdiq edib. Biz ümid edirik ki, bu dəfə də məhkəmə onu həbsdən azad edəcək”.
R. Hacılı, həmçinin E. Fətullayevin səhhəti üçün təhlükə olduğunu da deyib: “Bilirsiniz ki, Eynulla Fətullayev öz istəyi ilə karserdə saxlanılır. Lakin nəzərə alsaq ki, qış aylarında karserdə qalmaq həddən artıq çətindir, bunun jurnalistin səhhəti ilə bağlı ciddi problemlər yaradacağı qaçılmazdır. Biz onun tez bir zamanda təhlükəsiz müəssisəyə köçürülməsini istəyirik. İnanırıq ki, aidiyyəti qurumlar bu problemi həll edəcəklər ”.
Vəkil E. Fətullayevin əfv olunub-olunmayacağı ilə bağlı mətbuatda yazılanlara da münasibət bildirib: “Bu, ölkə başçısının birbaşa səlahiyyətləri daxilində olan məsələdir”.
Qeyd edək ki, Eynulla Fətullayev 2007-ci il aprelin 20-də həbs olunub. O, 2005-ci ildə qələmə aldığı “Qarabağ gündəliyi” adlı silsilə yazılarında Xocalı sakinlərini təhqir etməkdə günahlandırılıb və adı çəkilən şəxsə 2 il 6 ay həbs cəzası verilib. Tutulandan sonra ona əlavə ittihamlar irəli sürülüb və Eynulla Fətullayev 2007-ci il oktyabrın 30-da 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. 2009-cu il dekabrın 30-da isə 12 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan E. Fətullayevin üzərində 0,223 qram həcmində heroin aşkarlanıb. Bununla əlaqədar ona qarşı Qaradağ RPİ-nin istintaq şöbəsində Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) cinayət işi qaldırılıb. Bu iş üzrə 2010-cu il iyulun 6-da Qaradağ rayon Məhkəməsində, hakim İsmayıl Xəlilovun sədrliyi ilə keçirilən prosesdə E. Fətullayev 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Bu qərardan verilən apellyasiya şikayəti təmin edilməyib.

501