Müdafiə Nazirliyi polkovnik-leytenantın intihar cəhdini araşdırır
Nazirliyin mətbuat xidmətinin rəis köməkçisi Teymur Abdullayev Lent.az-a deyib ki, məsələ ilə bağlı araşdırma aparılır: “Baş vermiş hadisə ilə bağlı araşdırmalar davam etdirilir”.
Qeyd edək ki, martın 14-nə keçən gecə Müdafiə Nazirliyinin Şəmkir hərbi birləşməsinin yüksək rütbəli zabiti özünü öldürməyə cəhd edib. Hüquq-mühafizə orqanlarından Lent.az-a verilən məlumata görə, birləşmənin şəxsi heyətin uçotu üzrə məsul zabiti polkovnik-leytenant Azər Xəlil oğlu Hüseynov ülgüclə boğazını kəsib. Çoxlu qan itirən polkovnik-leytenant ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Lent.az-ın əldə etdiyi məlumata görə, intihara cəhd etmiş zabitimizin vəziyyəti kritikdir. Həkimlər onun yaşamasına çox az ümidin olduğunu bildiriblər. Zabitimizin canına qəsd etməsinin səbəbləri hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Qazax Hərbi Prokurorluğundan faktı Lent.az-a təsdiqləyiblər.
Nizam Rza

687