Tatlısəsin güllələndiyi an
Türkiyənin “Hürriyet” qəzeti məşhur müğənni İbrahim Tatlısəsin güllələnmə anı görüntüsünü əldə edib.
Lent.az-ın verdiyi məlumata görə, Bəyaz TV-də “İbo Show” proqramının çəkilişləri tamamlandıqdan sonra saat 00:15 radələrində “Nurol Plaza” mehmanxanasından öncə İbrahim Tatlısəsin köməkçisi Buket Çakıcı çıxır. Buket Çakıcı “34 AP 3843” dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobilin sol arxa oturacağında əyləşir. Bir neçə saniyə sonra mehmanxananın qapısında görünən İbrahim Tatlısəs öncə avtomobilə doğru hərəkət edir. Bu zaman onunla şəkil çəkdirmək istəyən 2 kişi fanatının da xahişini yerə salmır. İki fanatının ortasına keçən və əllərini onların bellərinə ataraq poza verən İbrahim Tatlısəs daha sonra paltosunu düzəldir. Bu zaman 3 mühafizəçi müğənnin arxasında gözləyir. İbrahim Tatlısəs fanatları ilə sağollaşdıqdan sonra avtomobilinin ön oturacağına keçir.
Mühafizəçilərin “Fiat Doblo” markalı avtomobilə minməsindən sonra İbrahim Tatlısəsin sürücüsü avtomobili hərəkətə gətirir. “Nurol Plaza” mehmanxanasından Büyükdere küçəsinə gələn zaman müğənninin içərisində olduğu “Mercedes” 2 saniyəyə qədər dayanır.
Saat 00:16 radələrində içərisində 3 nəfərin olduğu təxmin edilən “Fiat Linea” markalı avtomobil İbrahim Tatlısəsin ön oturacağında əyləşdiyi “Mercedes”in önünə keçir. “Fiat Linea” avtomobilinin sağ ön şüşəsi açılır və “Kalaşnikov” avtomatından İbrahim Tatlısəsə doğru atəş açılır. Cinayətkarların olduğu avtomobil heç dayanmadan yoluna davam edir.
“Mercedes”in içərisində olan Buket Çakıcı qolundan aldığı güllə yarası ilə bağlı qışqırır, sürücü sağ oturacaqda əyləşən İbrahim Tatlısəsin başından qan gəldiyini görür və vurulduğunu anlayır. Çaşqınlıq keçirməyən sürücü bir neçə saniyə durduqdan sonra dərhal avtomobili xəstəxanaya doğru hərəkət etdirir.
Arxadan olan mühafizəçilər isə silah səslərini eşidərək “Mercedes”ə doğru qaçırlar. Avtomobilin hərəkət etməsindən sonra yerdə olan iki mərmi gilizini götürən mühafizəçilər bağıraraq “Mercedes”in arxasınca düşürlər. Bir dəqiqə ərzində yaşanan və peşəkarlıqla hazırlanan hücumdan sonra “Nurol Plaza”nın təhlükəsizlik xidmətinin əməkdaşları dərhal polisə xəbər verirlər. Qısa müddətdə olay yerinə onlarla polis avtomobili gəlir.
İbrahim Tatlısəsin sürücüsü saat 00:20 radələrində xəstəxanaya çatır. Bu xəstəxanada 15 dəqiqəlik müdaxilədən sonra İbrahim Tatlısəs təcili tibbi yardım maşını ilə Maslak Acıbadem Xəstəxanasına aparılır.
İstanbul valisi Hüseyn Avni Mutlu İbrahim Tatlısəsə bir avtomobildən hücum edildiyini və 11 dəfə atəş açıldığını bildirib. Atılan güllələrdən 4-ü avtomobilə dəyib. Güllələrdən biri İbrahim Tatlısəsə, 1-i isə onun köməkçisinə dəyib. 2 güllə isə avtomobili deşərək çıxıb.

537