Bakıda oğul 53 yaşlı atasını döyə-döyə öldürdü
Nəsimi rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, 5-ci mikrorayon Cavadxan küçəsi ev 21 mənzil 116-da yaşayan 1958-ci il təvəllüdlü Vladimir Vladimirov yaşadığı mənzildə huşsuz vəziyyətdə tapılıb. Üzərində çoxsaylı xəsarətlərlə qan içində aşkarlamış kişi təcili olaraq Kliniki Tibbi Mərkəzə çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.
Aparılan araşdırmalar nəticəsində 53 yaşlı V.Vladimrovun öz oğulluğu Oleq Startsev tərəfindən vəhşicəsinə döyülməsi müəyyən olunub. Belə ki, O.Startsev münaqişə zəminində atasını yumruq və təpiklə ölümcül hala düşənədək döyüb və aradan çıxıb.
Artıq O.Startsev tutulub. Onun törətdiyi əməllə bağlı Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə cinayət işi başlanılıb.
Nizam RZA

372