İbrahim Tatlısesin səhnə həyatı bitdi
14 mart 2011 19:02 (UTC +04:00)

İbrahim Tatlısesin səhnə həyatı bitdi

Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, bunu müğənninin qardaşı Hüseyn Tatlı söyləyib. Hüseyn Tatlı deyib ki, müğənni bundan sonra sağ qalsa da, artıq onun mahnılarını yalnız kasetlərdən dinləmək mümkün olacaq. O, İbrahim Tatlısesin üzünün sol tərəfinin iflic olma ehtimalının yüksək olduğunu vurğulayıb.

Müğənnini cərrahi əməliyyat edən həkimlər də 3 dəfə mətbuata açıqlama veriblər. Maslak Acıbadem Xəstəxanasının baş həkimi Çağlar Çuhadaroğlu və əməliyyatı aparan həkimlər ilk açıqlamalarında bildiriblər ki, güllə İbrahim Tatlısesin başının arxasından girib, önündən çıxıb, sağ kəllə sümüyündə sümük qırıqları var. Burun bölgəsində də güllə izləri var. Çağlar Çuhadaroğlu da müğənninin bədəninin bir hissəsinin hərəkətsiz, iflic durumunda qala biləcəyini söyləyib. O, İbrahim Tatlısesin 24 saat ərzində yatırdılacağını qeyd edib. Həkimlər müğənninin mətbuat sözçüsü, boğazından yaralanmış Buket Çakıcının da əməliyyat edildiyini və durumunun müğənniyə nisbətən daha yaxşı olduğunu qeyd ediblər.

Çağlar Çuhadaroğlu mətbuata ikinci açıqlamasında müğənnidə qalıcı xəsarətlər ola biləcəyini dilə gətirib: “İkinci cərrahi əməliyyat bunun qarşısını almağa yönəlmişdi. Bizim xəstəxanaya gətirilən zamanı sol tərəfi iflic idi. Hazırda yeni əməliyyat keçirilməsinə ehtiyac yoxdur. Beynində ciddi bir xəsarət var. Beyin təzyiqini azaltmaq üçün dərmanlar veririk. Müğənninin gələcəkdə danışmaqda çətinlik çəkəcəyini güman etmirəm. Zahiri görüşündə də bir problem yoxdur. Qismən iflic olması mümkündür, şübhələrim var. Həyatı üçün təhlükəni arxada qoysaq, bədən formasını düzəltməyə çalışacağıq. Bu, 1 il davam edə bilər”.
Çağlar Çuhadaroğlu mətbuat üçün üçüncü açıqlamasında isə bildirib ki, İbrahim Tatlısesin durumu sabah aparılacaq müayinələrdən sonra bəlli olacaq: “Əməliyyatdan sonrakı vəziyyəti daha yaxşıdır. Bu cür yaralanmalardan sonra beyindəki ödemin qarşısını almaq üçün onu yatırmaq məcburiyyətindəyik. Sabah səhər saatlarında çəkiləcək tomografiyadan sonra durumu dəyərləndirəcəyik. Yalnız onu deyə bilərik ki, hər şey nəzarət altındadır”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1188

Oxşar yazılar