20 Yanvar körpüsündə dəhşətli qəza: 2 ölü
14 mart 2011 10:21 (UTC +04:00)

20 Yanvar körpüsündə dəhşətli qəza: 2 ölü

Martın 14-də saat 03:30 radələrində Bakıda iki nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.



Yasamal rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Xırdalan şəhər sakini, 1990-cı il təvəllüdlü Bəşir Məmmədov idarə etdiyi “VAZ 2107” ilə 20 Yanvar metrostansiyası üzərindəki körpünün üstündə 2 kişini vurub. Hər iki şəxs aldığı xəsarətlərdən hadisə yerində keçinib. Hadisə şahidlərinin verdiyi məlumata görə, zərbənin gücündən piyadalar körpünün altındakı yola düşüblər.


Hər iki şəxs aldıqları xəsarətlərdən tanınmaz hala düşüb. Hazıra onların şəxsiyyəti müəyyənləşdirilir.

Faktla bağlı araşdırma başlanılıb.


Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 432

Oxşar yazılar