Azərbaycanlı tələbə: “Tokioda yeraltı təkanlar davam edir”
“Hazırda Tokioda təkrar yeraltı təkanlar davam edir, aeroport və vağzal işini dayandırıb”.
Bu açıqlamanı APA-ya Tokioda fəaliyyət göstərən Vaseda Universitetinin tələbəsi Emil Cəfərzadə verib. Universitetin yataqxanasında yaşadığını deyən soydaşımızın sözlərinə görə, ilk güclü təkanlardan sonra tələbələr arasında təşviş müşahidə olunub: “Lakin indi sakitlikdir, amma bəzi tələbələr qrup halında kafeyə toplaşıblar. Vəziyyət bir az gərgindir, insanlar təşvişə qapılıblar. Mən Tokio, Qunma və Osakada yaşayan azərbaycanlılarla əlaqə yaratmağa müvəffəq oldum, onlar sağ-salamatdır. Digər soydaşlarımızla da əlaqə yaratmağa çalışıram. Zəlzələ 8,8 bal gücündə Miyaqi prefekturasının İbaraki-ken şəhərində baş verib. Lakin zəlzələnin gücü ilə bağlı müxtəlif məlumatlar var. Tokioda hesab edirlər ki, zəlzələnin gücü 5-6 bal olub. Bəzi məlumatlara görə, Yaponiyanın bəzi bölgələrində sunami dalğasının hündürlüyü hətta 10 metrə çatıb”.
Emil Cəfərzadə hazırda Tokioda o qədər də güclü olmayan təkrar təkanların baş verdiyini deyib: “Bir yapon mənə dedi ki, yaxın saatlarda iki güclü təkanın olacağı gözlənilir. Mobil rabitə bərpa olunmayıb, aeroport bağlıdır, qatarlar işləmir. Çibadakı neft zavodunda yanğın baş verib. Odaybedə də hara isə yanır. Mənim bildiklərim budur. Tələfat var, amma ölənlərin sayı hələ dəqiq bilnimir”.

405