«28 May»a girişin bağlanılmasının səbəbi açıqlanıb
11 mart 2011 16:56 (UTC +04:00)

«28 May»a girişin bağlanılmasının səbəbi açıqlanıb

Bu barədə “APA-ECONOMICS”ə Bakı Metropoliteninin baş mühəndisi Elbrus Muradov məlumat verib.

E.Muradovun sözlərinə görə, girişin bağlanılması stansiyaya verilən elektrik enerjisində gərginliyin qəfil aşağı düşməsi ilə bağlı olub. Nəticədə stansiyadan qəza siqnalı verilib və əsas girişdəki eskalatorların fəaliyyəti dayanıb: «Bu giriş dayansa da, «Cəfər Cabbarlı» stansiyasından və «28 May» stansiyasının ikinci girişindən istifadə etməklə sərnişinlər stansiyaya daxil ola bilib. Bizə məlumat daxil olandan dərhal sonra stansiyaya gəlib, problem aradan qaldırılana qədər orada olmuşuq. Artıq problem aradan qaldırılıb».
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 435

Oxşar yazılar