Prokuror Faiq Ağayevi bıçaqlayanlara cəza istədi
APA-nın xəbərinə görə, hakim İlqar Murquzovun sədrlik etdiyi prosesdə dövlət ittihamçısı çıxış edib. Prokuror təqsirləndirilən Rüfət Məlikovun 9 il, Seymur Məmmədovun 3 il, Natəvan Şərifovanın isə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Daha sonra prosesdə zərərçəkmiş şəxslərə söz verilib. Faiq Ağayev çıxışında təqsirləndirilən şəxsləri bağışladığını deyib: “Atamın vəsiyyətini yerinə yetirib onları bağışlayıram. Lakin cinayət hadisəsi baş verib və onların əməlinə qanun öz qiymətini verəcək”. Digər zərərçəkmiş şəxslər Ramil Bayramov və Azər Musayev də təqsirləndirilən şəxsləri bağışladıqlarını deyiblər.
Proses martın 14-də davam etdiriləcək.
Qeyd edək ki, ötən il sentyabrın 27-də səhər saatlarında Nəsimi rayonu ərazisində, keçmiş “Kubinka” adlanan yerdə xalq artisti Faiq Ağayev özünə məxsus 10 FA 222 dövlət nömrə nişanlı, “Audi” markalı maşını idarə edərkən, həmin yolla hərəkət edən “VAZ-2107” markalı avtomobilin sürücüsü və sərnişinləri ilə mübahisəsi düşüb. Sonradan mübahisə münaqişəyə çevrilib. Nəticədə F. Ağayevə və onun yanında olan iki nəfərə çoxsaylı bıçaq xəsarətləri yetirilib. Təcilli olaraq xəstəxanaya yerləşdirilən xalq artisti Faiq Ağayev, onunla birgə olan Ramin Bayramov və Azər Musayev əməliyyat olunublar.
Baş vermiş hadisə ilə bağlı üç nəfər məsuliyyətə cəlb edilib. Cinayət Məcəlləsinin (CM)126.2.1, 126.2.4 və 221.3-cü maddələrlə təqsirləndirilən Rüfət Məlikov barəsində Nəsimi rayon Məhkəməsinin hökmü ilə 3 ay, CM-nin 221.2.1-ci maddəsi ilə şübhəli şəxs qismində məsuliyyətə cəlb edilən Seymur Məmmədov barəsində isə 2 ay müddətinə həbs-qətimkan cəzası seçilib. Hadisənin digər iştirakçısı olmuş Natəvan Şərifova isə himayəsində azyaşlı uşaqların olması nəzərə alınmaqla, CM-in 221.3-cü maddəsi ilə təqsirli bilinib və onun barəsində də polisin nəzarəti altında olmaqla qətimkan tədbiri seçilib.
Xatırladaq ki, məlum hadisə ilə bağlı Cinayət Məcəlləsinin 126.2.1, 126.2.4 və 221.3 maddələri ilə başlanan cinayət işi məcəllənin 126.2.1, 126.2.4, 221.2.1 və 221.3 maddələrinə tövsif edilib.

457