Ermənilərin 9 yaşlı oğlanı öldürməsi ilə bağlı cinayət işi açılıb
Ağdam rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə iş başlanılıb və zəruri materiallar toplanılır.
Qeyd edək ki, hadisə martın 8-də axşam saatlarında baş verib. Ermənilərin təxminən 1100-1200 metr məsafədən snayper tüfəngindən açdığı atəş nəticəsində güllə Ağdamın Orta Qərvənd kənd sakini 2002-ci ildə anadan olmuş Bədəlov Fariz Arif oğlunun başına dəyib. 9 yaşlı oğlan aldığı xəsarətdən ölüb.
Hadisədən 2 gün sonra isə ATƏT nümayəndələri həmin ərazidə monitorinq keçirib.
Nizam Rza

500