Daş karxanasında növbəti faciə
Martın 11-nə keçən gecə Bakıdakı daş karxanalarından birində bədbəxt hadisə baş verib.
Qaradağ rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, hadisə Qaradağ rayonu ərazisində, Qızıldaş qəsəbəsi yaxınlığındakı Qızılqaya adlanan yerdə “Tutu MMC”-yə məxsus daş karxanasının mişar daşı sexində olub. Sexdə maşinist işləyən Neftçala rayonu, Xıl kənd sakini 1974-cü il təvəllüdlü Əsgərov Zülfüqar İbad oğlu dəzgahın arasına düşüb. Dəzgahın valının arasında qalan 37 yaşlı maşinist hadisə yerində keçinib. Hadisə zamanı onun bədəninin hissələrə parçalandığı bildirilir.
Qeyd edək ki, fevral ayı ərzində Bakı ətrafındakı daş karxanalarında 3 belə hadisə baş verib və 3 nəfər dünyasını dəyişib.
Faktla bağlı araşdırma başlanılıb.
Nizam Rza

467