Bakıda amansız soyğunçuluq
09 mart 2011 11:31 (UTC +04:00)

Bakıda amansız soyğunçuluq

Martın 8-də saat 02:30 radələrində Bakıda soyğunçuluq hadisəsi baş verib. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Sumqayıt şossesində 2 naməlum şəxs Kürdəmir rayon sakini Nofəl Məmmədovu sərnişin kimi “VAZ-21011” avtomobilinə götürüblər. Sulutəpə qəsəbəsi yeni yaşayış sahəsində isə həmin şəxslər bıçaqla hədələyərək N.Məmmədovun pulunu, gödəkçəsini, ayaqqabısını, qol saatını və mobil telefonunu alıblar.

Binəqədi RPİ 40-cı PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində quldurluqda şübhəli bilinən Biləcəri qəsəbə sakinləri Namiq Rəcəbov və Nurlan Qasımov idarə etdikləri avtomobillə birlikdə yaxalanıb.

Araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 495

Oxşar yazılar