Posta basqın edən radikal qruplaşmanın daha 4 üzvü həbs edilib
APA-nın məlumatına görə, bu barədə Azərbaycan hökumətinin parlamentə təqdim etdiyi hesabatında bildirilir. Hesabatda qeyd olunub ki, 2010-cu ildə Azərbaycanda terrorçuluğa, separatizmə və dini ekstremizmə qarşı ciddi tədbirlər həyata keçirilib. Belə ki, hələ 2008-ci ilin dekabrın ayında Tərtər rayonu ərazisində dislokasiya olunmuş hərbi hissənin postuna basqınla əlaqədar həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətdə iştirak edən “Sahil camaatı” adlı radikal qruplaşmanın daha 4 üzvü tutularaq istintaqa təhvil verilib.
Qeyd edək ki, sözügedən hərbi hissəyə basqın edən qruplaşmanın digər 4 üzvü 2009-cu ildə həbs edilib.
Qeyd edək ki, sözügedən hərbi hissəyə basqın edən qruplaşmanın digər 4 üzvü 2009-cu ildə həbs edilib.
477