“Aztaym”ın məsuliyyətə cəlb edilməsi barədə qərar qüvvədə saxlanıldı
07 mart 2011 17:56 (UTC +04:00)

“Aztaym”ın məsuliyyətə cəlb edilməsi barədə qərar qüvvədə saxlanıldı

Vergilər Nazirliyinin Vergi Apelyasiya Şurasının iclasında 5 vergi ödəyicisində aparılmış səyyar və kameral yoxlamaların nəticələrinə əsasən, qəbul olunmuş qərarların ləğvi barədə şikayətlərə baxılıb.

Lent.az-ın Vergilər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, vergi ödəyicisi kimi 2 saylı ƏVİ-də qeydiyyatda olan “Metallurq-Təmir-1” ATSC-nin direktoru Dadaş Nəzərovun vergi borcunun silinməsi haqqında şikayəti araşdırılıb.

Müəyyən edilib ki, “Metallurq-Təmir-1” ATSC-nin rəhbərliyi müəssisənin adının “Özəlləşdirilən dövlət müəssisələrinin, aqrar islahatları nəticəsində ləğv olunmuş və işğal altında olan rayonların təsərrüfat subyektlərinin siyahısı”na aid edilməsini və bu işin Əmlak Məsələləri Dövlət Komitəsinə həvalə olunmasını xahiş edib. Sumqayıt Apelyasiya Məhkəməsinin İqtisadi Mübahisələrə dair işlər üzrə Məhkəmə Kollegiyasının müvafiq qətnaməsinə əsasən, ASC-nin 1 noyabr 2003-cü il tarixinə olan bütün borclarının silinməsi Vergilər Nazirliyinə tapşırılıb. Qeyd olunanları nəzərə alaraq, Vergi Apelyasiya Şurası tərəfindən “Metallurq-Təmir-1” ATSC-nin direktoru Dadaş Nəzərovun şikayətinin təmin edilməsi və 3 min 810,52 manat məbləğində borc məbləğinin şəxsi hesab vərəqəsindən silinməsi barədə qərar qəbul edilib.

Vergi ödəyicisi kimi Bakı şəhər Vergilər Departamentində (BŞVD) qeydiyyatda olan “Aztaym” MMC-in direktoru Rza Hüseynovun keçirilmiş səyyar vergi yoxlaması nəticəsində ödəmə mənbəyində azaldılmış vergi məbləğinin və tətbiq edilmiş maliyyə sanksiyasının ləğv olunması barədə şikayəti araşdırıb. Müəyyən olunub ki, vergi ödəyicisi yoxlanılan dövr üzrə 7 min 702,8 manat məbləğində ödəmə mənbəyində tutulan vergini azaltdığından ona 3 min 891,4 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi barədə Vergilər Nazirliyi yanında Vergi Auditi Departamenti tərəfindən qərar çıxarılıb. Quliyev Məmməd Cəlil oğluna məxsus olan 187.24 m2 qeyri-yaşayış sahəsi sözügedən müəssisəyə icarəyə verilərkən icarə haqqının məbləği real bazar qiymətlərindən xeyli aşağı göstərilməklə rəsmiləşdirilib. Qeyd olunanları nəzərə alaraq, Apelyasiya Şurası “Aztaym” MMC-nin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında vergi orqanının 25 yanvar 2011-ci il tarixli qərarını qüvvədə saxlayıb.

Vergi ödəyicisi kimi BŞVD-də qeydiyyatda olan Zülfiyyə Zöhrab qızı Nəcəfovanın Vergi Auditi Departamenti tərəfindən tərtib edilmiş səyyar vergi yoxlamasının nəticələri barədə 14 oktyabr 2010-cu il tarixli aktının yenidən araşdırılaraq Vergi Auditi Departamentinin qəbul etdiyi “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 19 noyabr 2010-cu il tarixli qərarın ləğv edilməsini xahiş edib. Apellyasiya Şurası əsaslı araşdırma aparmaqla Zülfiyyə Zöhrab qızı Nəcəfovanın şikayət ərizəsinin təmin edilməsi və Vergi Auditi Departamenti tərəfindən tərtib edilmiş qərarın ləğv olunması barədə qərar çıxarıb.

Vergi ödəyicisi kimi BŞVD-də qeydiyyatda olan fiziki şəxslər Hüseynov Cəmil Faiq oğlunun və Hüseynov Arif Səfər oğlunun kameral və səyyar vergi yoxlamaları nəticəsində hesablanmış əlavə vergi məbləğinin şəxsi hesab vərəqəsindən silinməsi məsələsi araşdırılıb. Müəyyən olunub ki, Departamentin Bəyannamələrin qəbulu və işlənməsi idarəsi tərəfindən Cəmil Hüseynovda kameral qaydada aparılmış yoxlama zamanı 2010-cu ilin yanvar, fevral, mart, aprel ayları üçün vergi ödəyicisinə 2336,53 manat əlavə vergi məbləği hesablanıb. Arif Hüseynovun təqdim etdiyi bəyannamələrdə bir işçinin orta aylıq əmək haqqı məbləği 80 manat göstərildiyindən, Departamentin Bəyannamələrin qəbulu və işlənilməsi idarəsi tərəfindən ona kameral qaydada əlavə vergi hesablanıb. Məsələyə tam aydınlıq gətirilməsi məqsədilə Vergi Məcəlləsinin 38-ci maddəsinə əsasən, fiziki şəxslər Cəmil Hüseynov və Arif Hüseynovun şikayətlərinə 1 yanvar 2009-1 yanvar 2011-ci il tarixədək olan dövr əhatə edilməklə muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi növü üzrə (o cümlədən, 1 yanvar 2009-1 oktyabr 2010-cu ilədək olan dövr təkrar yoxlanılmaqla) növbədənkənar səyyar vergi yoxlamasının təyin olunması qərara alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 571

Oxşar yazılar

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05
Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21