49 yaşlı Xaçmaz sakinini “tok” vurdu
Mart ın 7-də günorta saatlarında Xaçmaz rayonunda bədbəxt hadisə baş verib. Lent.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, Xaçmaz şəhər sakini, Aydın Məmmədov küçəsi ev 36, mənzil 5-də yaşayan 1962-ci il təvəllüdlü Qasımov Vaqif Babacan oğlunu elektrik cərəyanı vurub.
V.Qasımov hadisə yerindəcə dünyasını dəyişib. Xaçmaz rayon Prokurorluğundan bildiriblər ki, həmin şəxs Xaçmaz Qaz İstismar Sahəsinin əməkdaşı olub.
Hadisənin baş vermə səbəbləri araşdırılır.
Vəli Turan
V.Qasımov hadisə yerindəcə dünyasını dəyişib. Xaçmaz rayon Prokurorluğundan bildiriblər ki, həmin şəxs Xaçmaz Qaz İstismar Sahəsinin əməkdaşı olub.
Hadisənin baş vermə səbəbləri araşdırılır.
Vəli Turan
518