Məhkum Müalicə Müəssisəsində ölüb
Bu barədə APA-ya Nizami Rayon Prokurorluğundan bildirilib. Hadisə ötən gün qeydə alınıb. Cinayət Məcəlləsinin 234.3-cü maddəsi (narkotik vasitələrinin qanunsuz hazırlanması, emalı, daşınması və satışı) ilə təqsirləndirilərək azadlıqdan məhrum edilən Astara rayon sakini, 1963-cü il təvəllüdlü Elman İsmayıl oğlu Əliyev Müalicə Müəssisəsinin cərrahiyyə şöbəsində dünyasını dəyişib. Məlumata görə, E. Əliyev fevralın 28-də cəzaçəkmə müəssisəsindən müalicə müəssisəsinə köçürülübmüş.
Faktla bağlı araşdırma aparılır.
Faktla bağlı araşdırma aparılır.
483