“Toyota Prado” aşdı: 1 ölü, 3 yaralı
07 mart 2011 10:12 (UTC +04:00)

“Toyota Prado” aşdı: 1 ölü, 3 yaralı

0
Lent.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, qəza yolun Şabran rayonunun Aygünlü kəndi ərazisindən keçən hissəsində baş verib. “Toyota Prado” markalı avtomaşın bir neçə dəfə aşıb. Nəticədə avtomobilin sərnişinlərindən 59 yaşlı Abbas Abbasov ölüb, 3 nəfər isə müxtəlif bədən xəsarəti alıb. Yaralananlar sürücü, Bakı sakini 59 yaşlı Şahvələd Əliyev, sərnişinlər - Zeynal Həsənəliyev və 64 yaşlı Rəhman Əsədovdur. Xəsarət alanlar xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Vəli Turan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 961

Oxşar yazılar