Qanunsuz ovla məşğul olanların tüfəngləri alınıb
07 mart 2011 09:54 (UTC +04:00)

Qanunsuz ovla məşğul olanların tüfəngləri alınıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aidiyyəti qurumlarının əməkdaşları tərəfindən 28 fevral-2 mart 2011-ci il tarixlərində ölkə ərazisində “Ovçuluq haqqında” qanunun tələblərinə əməl olunması vəziyyətinin araşdırılması məqsədilə növbəti reydlər keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Zaqatala Dövlət Təbiət Qoruğunda keçirilən reyd zamanı qoruğun Katex sahəsinin 1 saylı dolayının ərazisində qanunsuz ovla məşğul olan Balakən rayon Tülü kənd sakinləri Yaşar Padarov, Ramiz Akkubayev, İsrafil Hekəlov və Balakən rayon Talalar kənd sakini Loğman İbrahimov saxlanılmış, onlardan 4 ədəd ov tüfəngi və 2 ədəd patron aşkar edilərək götürülüb.

Həmin şəxslər barəsində müvafiq akt və protokol tərtib edilərək hər biri 1000 manat məbləğində cərimə olunub və məbləğin ödənilməsi üçün Balakən Rayon Məhkəməsinə müraciət edilib. Samux Dövlət Ovçuluq Təsərrüfatı ərazisində də qanunsuz ovla məşğul olan Şəmkir şəhər sakini Vaqif Məmmədov saxlanılaraq ondan 1 ədəd ov tüfəngi və 1 ədəd ovlanmış kəklik götürülüb. Vaqif Məmmədov barəsində müvafiq akt və protokol tərtib edilərək tətbiq olunub, 1000 manat məbləğində cərimənin ödənilməsi təmin edilib.

Balakən rayonu ərazisində keçirilən reyd zamanı Qazma kəndi yaxınlığındakı “Tuğay çölü” adlanan sahədə qanunsuz ovla məşğul olan Balakən rayon Qazma kənd sakinləri Qurban Surxayov, Məhəmməd Əliyev, Sahib Məmmədov və Balakən rayon Tülə kənd sakini Fərman Nəbiyev saxlanılıb. Onlardan 4 ədəd ov tüfəngi, 14 ədəd patron götürülərək akt və protokol tərtib edilib. Həmin şəxslərin hər biri 1000 manat
məbləğində cərimə ediliblər.

Xaçmaz rayonunun Nərəcan kəndi ərazisində aparılan araşdırma zamanı isə çöl quşlarının kütləvi ovlanması məqsədilə quraşdırılmış süni qurğular və torlar aşkar olunub. Qurğular dağıdılaraq məhv edilib, 2 ədəd tor isə götürülərək aktlaşdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 859

Oxşar yazılar