Ağsu aşırımından istifadə etmək məsləhət deyil
Bu barədə APA-ya açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev məlumat verib. Onun sözlərinə görə, ötən gün həmin əraziyə yağan güclü qar və şaxtalı hava şəraiti magistral yolun bağlanmasına səbəb olmuşdu. Lakin həyata keçirilən tədbirlər nəticəsində yolun böyük hissəsinə qum səpilib və hərəkət bərpa edilib. K. Əliyev bununla belə, Ağsu aşırımında təhlükəli vəziyyət tam aradan qalxmadığı üçün təcrübəsiz sürücülərdən həmin yollardan istifadə etməməyi, alternativ yollara üstünlük verməyi tövsiyə edib.
Qeyd edək ki, ötən gün səhər saatlarından başlayaraq Ağsu, Şamaxı və İsmayıllı rayonları ərazisinə güclü qar yağıb, nəticədə Bakı-Şamaxı-Yevlax avtomobil yolunda nəqliyyatın hərəkətində ciddi problemlər yaranıb. APA-nın yerli bürosunun məlumatına görə, qarla əlaqədar yolun 14 km-lik Ağsu aşırımında nəqliyyatın hərəkəti bir neçə saat məhdudlaşıb. Yağıntı gün ərzində davam etdiyi üçün axşam saatlarında yol tamamilə bağlanıb. Nəticədə sürücülər alternativ Ağsu-Kürdəmir yolundan istifadə etmək məcburiyyətində qalıblar.
Onu da əlavə edək ki, Muğanlı-İsmayıllı yolunun, Bakı-Şamaxı yolunun Qobustan və Şamaxı ərazisindən keçən hissələrində yolun buz bağlanması nəticəsində nəqliyyatın hərəkəti üçün problemlər yaranıb.

Oxşar yazılar

Ağsuda maşın aşdı, sürücü öldü
30 may 2025 , 09:04
Balakəndə XÜSUSİ ƏMƏLİYYAT: Günel saxlanıldı - VİDEO
30 may 2025 , 08:57
Lənkəranda uşağı vuran müəllim haqqında hansı qərar verildi? -VİDEO
29 may 2025 , 23:44
General Mehdiyev vəzifəsindən azad olundu
29 may 2025 , 23:16
Yaşından çox bilən 12 yaşlı müəllim - APA TV
29 may 2025 , 23:05
Qərbi Azərbaycan Televiziyasının rəhbəri DƏYİŞDİRİLDİ
29 may 2025 , 22:59
Fərid Xəzər Universitetinə bıçaqla giribmiş - DETALLAR-YENİLƏNİB
29 may 2025 , 22:53