3 hakim cəzalandırılıb
Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib. Lent.az-ın şuranın internet saytına istinadən xəbər verdiyi məlumata görə, ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə keçirilən tədbirdə ölkə prezidenti İlham Əliyevin korrupsiyaya qarşı qəti mübarizənin aparılması ilə bağlı tələbləri vurğulanıb, korrupsiyaya şərait yaradan hüquqpozmalara yol verdiklərinə görə 17 hakim barədə intizam icraatlarının başlanılması, o cümlədən 8 nəfərin səlahiyyətlərinə xitam verilməsi və ya aşağı işə keçirilməsi qeyd edilib.
Həmçinin, iclasda Şuranın Korrupsiyaya qarşı mübarizə sektoru tərəfindən aparılmış araşdırmalar nəticəsində 3 hakim barədə başlanılmış intizam icraatlarına baxılıb, insan haqlarının kobud pozulması, vətəndaşların hüquqlarının həyata keçirilməsinə süni maneələr yaradılması, süründürməçilik və digər nöqsanlara yol verilməsi ilə əlaqədar Gədəbəy rayon məhkəməsinin hakimi Hüseyn Hüseynovun hakimlik səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin hakimi Marif Kazımovun intizam qaydasında iş yerinin dəyişdirilməsi barədə qərar qəbul edilib, Mingəçevir şəhər məhkəməsinin sədri Fərhad Əfəndiyevə töhmət verilib.

Oxşar yazılar

Balakəndə XÜSUSİ ƏMƏLİYYAT: Günel saxlanıldı - VİDEO
30 may 2025 , 08:57
Lənkəranda uşağı vuran müəllim haqqında hansı qərar verildi? -VİDEO
29 may 2025 , 23:44
General Mehdiyev vəzifəsindən azad olundu
29 may 2025 , 23:16
Yaşından çox bilən 12 yaşlı müəllim - APA TV
29 may 2025 , 23:05
Qərbi Azərbaycan Televiziyasının rəhbəri DƏYİŞDİRİLDİ
29 may 2025 , 22:59
Fərid Xəzər Universitetinə bıçaqla giribmiş - DETALLAR-YENİLƏNİB
29 may 2025 , 22:53
Zaqatalada maşın körpüdən aşdı, xəsarət alan var - VİDEO - YENİLƏNİB
29 may 2025 , 20:00