FHN Dövlət Yanğın Nəzarəti Xidmətində müşavirə keçirilib
APA-nın nazirliyin rəsmi saytına istinadən xəbərinə görə, müşavirədə FHN-nin Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisi, daxili xidmət general-mayoru Elmar Hüseynov "2010-cu ildə respublika ərazisində yanğın təhlükəsizliyinin təmin olunması istiqamətində görülmüş işlər və qarşıda duran vəzifələr" mövzusunda məruzə ilə çıxış edib. Hesabatda qeyd olunub ki, ötən il 75 mindən artıq obyektdə diqqətli və 59 mindən artıq obyektdə nəzəri yanğın-texniki müayinələr aparılıb. Yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinə cavab verməyən 3700-dən artıq qaz cihazlarının, 70-dən artıq elektrik qurğularının dövriyyədən ayrılması üçün müvafiq tədbirlər görülüb, həmçinin qaz təchizatı və istehlakı sahəsində mövcud nöqsan və qanun pozuntularının aşkar edilməsi ilə bağlı tədbirlər həyata keçirilib.
Müşavirəyə yekun vuran Azərbaycan fövqəladə hallar nazirinin müavini Orucəli Hacıyev 2010-cu ildə DYNX-nin fəaliyyətində müsbət işlərlə yanaşı nöqsanların da olduğunu qeyd edib. O, bildirib ki, Xidmətin əməkdaşları ölkə ərazisində yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinə riayət olunmasına nəzarətin təmin olunmasını daha keyfiyyətli şəkildə həyata keçirməlidir.
Orucəli Hacıyev neqativ hallara qarşı barışmaz mövqe tutulacağını və hər bir neqativ fakta hüquqi qiymət verilməsi üçün ciddi tədbirlərin görüləcəyini deyib.

Oxşar yazılar

Balakəndə XÜSUSİ ƏMƏLİYYAT: Günel saxlanıldı - VİDEO
30 may 2025 , 08:57
Lənkəranda uşağı vuran müəllim haqqında hansı qərar verildi? -VİDEO
29 may 2025 , 23:44
General Mehdiyev vəzifəsindən azad olundu
29 may 2025 , 23:16
Yaşından çox bilən 12 yaşlı müəllim - APA TV
29 may 2025 , 23:05
Qərbi Azərbaycan Televiziyasının rəhbəri DƏYİŞDİRİLDİ
29 may 2025 , 22:59
Fərid Xəzər Universitetinə bıçaqla giribmiş - DETALLAR-YENİLƏNİB
29 may 2025 , 22:53
Zaqatalada maşın körpüdən aşdı, xəsarət alan var - VİDEO - YENİLƏNİB
29 may 2025 , 20:00