Qusarda kompüter oğruları tutuldu
04 mart 2011 19:28 (UTC +04:00)

Qusarda kompüter oğruları tutuldu

0
Qusar rayonunda Nurəddin Şərifov küçəsində yerləşən mağazadan kompüter oğurlayan şəxslər tutulub. Onlar Qusar rayon sakinləri 26 yaşlı Elxan Xəlilov və 20 yaşlı Vadim Salmanovdur. Qusar rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, hər iki şəxs fevral ayının 28-i gecə saatlarında Nürəddin Şərifov küçəsində yerləşən kompüter mağazasından ümumi dəyəri 4090 manatlıq 5 ədəd kompüter oğurlayıb. E.Xəlilov kompüterlərdən birini həmin gün Vadimə, birini isə Şıxzada adlı şəxsə verib. Həmin şəxs Rusiya ərazisinə keçib. Bu səbəbdən onu istintaqa cəlb etmək mümkün olmayıb.

Faktla bağlı isə AR CM-nin 177-ci maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir aparılır. Onların digər cinayət hadisələrində iştirak edib-etmədiyi araşdırılır.
Vəli Turan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 638

Oxşar yazılar