Ordumuzun əsgərini maşın vurub
Zaqatalada piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. Zaqatala rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə rayonun Muxax kəndi ərazisində qeydə alınıb.
Muxax kənd sakini, 1985-ci il təvəllüdlü İlkin Məhəmməd oğlu Həmzəyev idarə etdiyi “Opel-Vektra” markalı, 10 VD 306 dövlət nömrə nişanlı avtomobillə yolun sağ hissəsi ilə hərəkət edən piyadaları vurub. Nəticədə Muxax kənd sakini, 1963-cü il təvəllüdlü Ömərov Famil İsmayıl oğlu aldığı xəsarətdən hadisə yerindəcə dünyasını dəyişib. Digər piyada, 1992-ci il təvəllüdlü Mamıyev Nurlan Telman oğlu isə müxtəlif bədən xəsarətləri ilə Zaqatala Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilib. İlkin məlumata görə, hadisəyə havanın yağışlı olması və sürücünün sürət həddini aşaraq idarəetməni itirməsi səbəb olub.
Qəza zamanı xəsarət alaraq xəstəxanaya yerləşdirilən N. Mamıyevin Azərbaycan Ordusunun əsgəri olduğu açıqlanıb. Məlumata görə, bir həftə əvvəl məzuniyyətə buraxılan N. Mamıyev sabah xidmətə qayıdacaqmış.

Oxşar yazılar

Telefonun batareyası ustanın əlində partladı - VİDEO
29 may 2025 , 02:45
22 yaşlı kuryer qız üstündə amandızcasına döyülüb bıçaqlandı
28 may 2025 , 23:24
Daha bir azərbaycanlı Rusiya-Ukrayna müharibəsində həlak oldu
28 may 2025 , 18:32
Evdən təqaüdçülərin meyitləri tapıldı
28 may 2025 , 17:55
Bakıda FACİƏ: marketdə iki nəfəri cərəyan vurub öldürdü
28 may 2025 , 15:57
Neftçalada təmir zamanı evdə PARTLAYIŞ: ölən var - YENİLƏNİB
28 may 2025 , 15:36
Çeçenistanda PARTLAYIŞ: azərbaycanlının bədəninin yarısı yandı
28 may 2025 , 15:22