Bakıda 15 yaşlı qız qaçırılıb
04 mart 2011 14:52 (UTC +04:00)

Bakıda 15 yaşlı qız qaçırılıb

Martın 3-də Bakıda yetkinlik yaşına çatmayan qız qaçırılıb. Lent.az-ın məlumatına görə, Quba rayon sakini, 1995-ci ildə anadan olmuş F.S. naməlum şəkildə yoxa çıxıb. F.S Bakının Xətai rayonu, M.Hadi küçəsində yaşayan bacısı Ç.M.-gilə, qonaq gəlib, bir müddət orada qalıb. Martın 3-də axşam saatlarında həyətə düşən qız geri qayıtmayıb. Sonradan məlum olub ki, qızı əvvəlcədən tanıdığı Rəşad adlı oğlan qaçırıb.


Dərhal Ç.M yetkinlik yaşına çatmayan bacısının qaçırılması ilə bağlı Xətai rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinə müraciət edib. F.S-nın evinə qaytarılması istiqamətində iş aparılır.


Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1020

Oxşar yazılar