83 yaşlı qadın evində yanaraq ölüb
04 mart 2011 11:10 (UTC +04:00)

83 yaşlı qadın evində yanaraq ölüb

Sumqayıt şəhər Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə ötən gecə 8-ci mikrorayon ərazisində qeydə alınıb. Beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzildə meydana gələn yanğın nəticəsində, orada yaşayan, 83 yaşlı Səmərqənd Şərifova yanaraq ölüb. Hadisə yerinə gələn yanğınsöndürənlərin səyi nəticəsində yanğının digər mənzillərə keçməsinin qarşısı alınıb.


Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 360

Oxşar yazılar