Atəşkəs bir neçə istiqamətdə pozulub
04 mart 2011 11:02 (UTC +04:00)

Atəşkəs bir neçə istiqamətdə pozulub

Ermənistan Silahlı Qüvvələrinin bölmələri martın 3-də saat 14.20-dən 14.25-dək Ermənistan Respublikasının Noyanberyan rayonunun Şavarşavan kəndində yerləşən mövqelərdən Azərbaycanın Qazax rayonunun Fərəhli kəndində yerləşən mövqelərini, saat 23.15-dən 23.20-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 23.50-dən 23.55-dək Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 410

Oxşar yazılar