Moskvada azərbaycanlını öldürməyə cəhd göstərən faşistlərə hökm oxundu
Bu gün Moskva Məhkəməsində 4 partlayış və 11 sui-qəsd həyata keçirməyə cəhd göstərməkdə günahlandırılan 4 rus millətçisinə hökm oxunub. Lent.az-ın “Exo Moskvı” radiosuna istinadən verdiyi məlumata görə, 19 yaşlı Andrey Qordeyev və Konstantin Kuçer, eyni zamanda 20 yaşlı Vladislav Polyakov və 24 yaşlı Anton Vasilevdir 9 ildən 22 ilə qədər azadlıqdan məhrum edilib, eyni zamanda 500 min rubl məbləğində cərimələniblər.
Qeyd edək ki, istintaqın versiyasına görə, cinayətkar dəstəni Anton Vasilev və Vladislav Polyakov yaradıblar. 2008-ci ilin 17 avqustundan 23 sentyabrına qədər onlar Moskvada qeyri-slavyanların işlədikləri ticarət mərkəzlərində partlayışlar törədiblər. 2008-ci il 26 dekabr-2009-cu il 19 yanvar aralığında cinayətkar 4 qətl törədib, 11 sui-qəsd həyata keçirməyə cəhd göstərib, 3 soyğun təşkil ediblər. Onların qətlə yetirdikləri şəxslər əsasən Qazaxıstan, Özbəkistan, Kamerun, Çin, Koreya, Vyetnam vətəndaşlarıdır. Anton Vasilev və Konstantin Kuçer Azərbaycan əsilli şəxsi də öldürməyə cəhd göstəriblər.

657