Bakıda mənzilə basqın olub
Nərimanov rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, gecə saatlarında naməlum şəxs Ağa Nemətulla küçəsi 58 ünvanındakı binanın 23 saylı mənzilinə soxulub.
Bu barədə polisə zərərçəkən şəxs Allahverdiyeva Ülviyyə Ayaz qızı məlumat verib. Ev sahibəsinin mənzildə tək olduğundan istifadə edən həmin şəxs eyvandan mənzilə girib və əlindəki bıçağı onun boğazına dirəyib. Çarəsiz qalan qadın mənzildəki qızıl zinət əşyalarının yerini söyləyib. Basqınçı həmi əşyaları götürərək aradan çıxıb.
Lent.az-ın əldə etdiyi digər məlumata görə, Ü.Allahverdiyeva evinə basqın edən şəxsi tanıyıb. Sonrakı araşdırmalar zamanı həmin şəxsin İntiqam Babayev olduğu müəyyənləşib.
Hazırda İ.Babayevin tutulması istiqamətində iş aparılır.
Nizam Rza

398