Moskvada azərbaycanlını öldürməyə cəhd göstərən dəstənin üzvlərinə hökm oxunacaq
03 mart 2011 10:25 (UTC +04:00)

Moskvada azərbaycanlını öldürməyə cəhd göstərən dəstənin üzvlərinə hökm oxunacaq

Lent.az-ın “Exo Moskvı” radiosuna istinadən verdiyi məlumata görə, müttəhimlər 19 yaşlı Andrey Qordeyev, Konstantin Kuçer, Vladislav Polyakov və 23 yaşlı Anton Vasilevdir.

İstintaqın versiyasına görə, cinayətkar dəstəni Anton Vasilev və Vladislav Polyakov yaradıblar. Onlar 2008-ci ilin 17 avqustundan 23 sentyabrına qədər Moskvada qeyri-slavyanların işlədikləri ticarət mərkəzlərində partlayışlar törədiblər. 2008-ci il 26 dekabr -2009-cu il 19 yanvar aralığında cinayətkar 4 qətl törədib, 11 sui-qəsd həyata keçirməyə cəhd göstərib, 3 soyğun təşkil ediblər. Onların qətlə yetirdikləri şəxslər əsasən Qazaxıstan, Özbəkistan, Kamerun, Çin, Koreya, Vyetnam vətəndaşlarıdır. Anton Vasilev və Konstantin Kuçer Azərbaycan vətəndaşını da öldürməyə cəhd göstəriblər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 379

Oxşar yazılar