Tanınmış hakimin qızı olan məktəb direktoru 9 il müddətinə azadlıqdan məhrum edilib
APA-nın xəbərinə görə, prosesdə hökm oxunub. Hökmə əsasən, Şölə Gülmalıyeva 9 il müddətinə azadlıqdan məhrum edilib. Ona 3 il müddətinə müəllimlik fəaliyyəti ilə məşğul olmaq qadağan da olunub.
Qeyd edək ki, ayrı-ayrı şəxslərin əmlakının aldatma yolu ilə ələ keçirmələri barədə vətəndaşların çoxsaylı şikayətləri və "Kapitalbank" ASC-nin 1 nömrəli Binəqədi rayon filialının vəzifəli şəxsləri barəsində toplanmış materiallar üzrə başlanılmış cinayət işinin istintaqı zamanı Şölə Gülmalıyeva Bakının Nizami rayonundakı 61 nömrəli orta məktəbin direktoru vəzifəsində işləyərkən Azərbaycan Beynəlxalq Universitetinin tarix və ictimaiyyət fakültəsini bitirmiş Günel İbrahimovanı qanunsuz olaraq tarix müəllimi kimi işə qəbul etmək və xidmət üzrə ümumi himayədarlıq göstərmək müqabilində 2007-ci ilin avqust ayında sonuncunun atası Mayıl İbrahimovdan 2500 manat məbləğində rüşvət aldığı müəyyən edilib.
Törətdiyi cinayət əməllərinə görə Ş.Gülmalıyeva Cinayət Məcəlləsinin 311.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində həbs-qətimkan tədbiri seçilib. İstintaqla həmçinin müəyyən edilib ki, 2006-2009-cu illərdə Ş. Gülmalıyeva tərəfindən təqdim edilmiş sənədlər əsasında "Kapital Bank"ın 1 nömrəli Binəqədi filialında 922 vətəndaşın adına istehlak kreditləri rəsmiləşdirilib, vətəndaşların əvəzindən saxta imzalar çəkilməklə, kredit müqavilələrinə əsasən rəsmiləşdirilmiş məbləğlər kassa məxaric orderlərinə əsasən Ş. Gülmalıyevaya verilərək sonuncu tərəfindən mənimsənilib.
Bank tərəfindən Şölə Gülmalıyevadan götürdüyü kreditlər üzrə yaranmış əsas və faiz borclarının ödənilməsi tələb edildikdə, sonuncu ayrı-ayrı şəxslərin əmlaklarını girov qoymaqla bankdan 6 halda cəmi 900 min ABŞ dolları və 3 milyon 230 min manat ipoteka krediti rəsmiləşdirərək həmin borcları ödəyib.
Bundan başqa Ş.Gülmalıyeva qeyd olunan illər ərzində "Nikoil Bank"ın 2 nömərli filialından da ayrı-ayrı şəxslərin əmlaklarını girov qoymaqla külli miqdarda kreditlər götürdüyü, eləcə də ayrı-ayrı vətəndaşları aldadaraq, onların külli miqdarda pul vəsaitlərini dələduzluq yolu ilə ələ keçirdiyi müəyyən olunub.
Onu da qeyd edək ki, Şölə Gülmalıyevanın atası Adil Seyidov Azərbaycanın tanınmış hakimlərindən olub. O, 70-ci illərdə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin, Cəlilabad rayon Məhkəməsinin sədri, daha sonra isə Bərdə və Xaçmaz şəhər Məhkəmələrində hakim vəzifəsində çalışıb.

847