"Mur-Ay" şirkətinin rəhbəri barəsində axtarış elan olunub
01 mart 2011 15:30 (UTC +04:00)

"Mur-Ay" şirkətinin rəhbəri barəsində axtarış elan olunub

Azərbaycanın Baş Prokurorluğu ölkədə fəaliyyət göstərən böyük tikinti şirkətlərinin qanunsuz əməlləri barədə məlumat yayıb. Bu barədə APA-nın sorğusuna cavabında Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib. E.Sultanov deyib ki, “Mur-Ay” Məhdud Məsuliyyətli Cəmiyyətinin sədri Hüseynov Elxan Balaxan oğlu, “Azərbaycan” Nəşriyyatında direktor müavini vəzifəsində işləyən Məmmədbəyli Qalib Məmməd oğlu və qeyriləri qabaqcadan əlbir olub mütəşəkkil dəstə yaradaraq, cəmiyyət tərəfindən Bakı şəhəri, Yeni Yasamal massivində inşa edilən yaşayış binalarındakı mənzilləri bir neçə dəfə ayrı-ayrı şəxslərə satmaqla külli miqdarda pul vəsaitlərini ələ keçirərək Bakı şəhəri sakini Quliyeva Elmira Tofiq qızı və başqalarına qarşı dələduzluq etmələri faktı üzrə 4 noyabr 2010-cu il tarixdə Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat idarəsinin Ağır cinayətlərin istintaqı şöbəsində Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanıb.



Hazırda iş üzrə 820 vətəndaş dindirilərək zərərçəkmiş şəxs qismində tanınıb, məhkəmə tikinti-texniki ekspertizası təyin edilərək müvafiq rəy alınıb, iş üzrə müvafiq sorğular verilib və digər zəruri istintaq hərəkətləri aparılıb.


Bundan başqa, Səbail rayon məhkəməsinin qərarı ilə cəmiyyət tərəfindən vergi qanunvericiliyinə əməl edilməsi vəziyyətinin yoxlanılması Vergilər Nazirliyinə həvalə edilib. 14 fevral 2011-ci il tarixdə mütəşəkkil dəstənin üzvləri “Azərbaycan” Nəşriyyatında direktor müavini vəzifəsində işləmiş Məmmədbəyli Qalib Məmməd oğlu, “Mur-Ay” MMC-nin sədr müavini Sultanov Bəybala Qabil oğlu, “Mur-Ay” MMC-də mühasib vəzifəsində işləyən Muxtarov Novruz Şükür oğlu, cəmiyyətin direktoru Elxan Hüseynovun qeyri-rəsmi köməkçisi işləmiş Söhbətov Vaqif Mehdixan oğlu, cəmiyyətdə satış üzrə menecer işləyən Ağayev Səhriyar Meyxoş oğlu və Səfərov Seyfəddin Ədalət oğlu Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.
“Mur-Ay” MMC-nin direktoru Hüseynov Elxan Balaxan oğlunun Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunması barədə qərar qəbul edilib, lakin istintaqdan qaçıb gizləndiyinə görə barəsində axtarış elan edilib.
Hazırda iş üzrə intensiv istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilməklə, vətəndaşlara vurulmuş maddi ziyanın ödənilməsi istiqamətində qanunvericilikdə nəzərdə tutulmuş bütün zəruri tədbirlər görülür.


E.Sultanov həmçinin qeyd edib ki, göstərilənlərlə yanaşı, əvvəllər dələduzluq cinayəti törətdiyinə görə məhkum olunmuş “GEN” MMC-nin direktoru Elbrus Əliyev qeyriləri ilə əlbir olaraq vətəndaşların külli miqdarda əmlakını aldatma yolu ilə ələ keçirmələri faktı ilə bağlı Cinayət Məcəlləsinin 178.3.1 və 178.3.2-ci maddələri ilə başlanmış cinayət işi üzrə istintaq tamamlanaraq baxılması üçün Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Məhkəməyə göndərilib. Məhkəmənin hökmü ilə “GEN” MMC-nin direktoru Əliyev Elbrus Bulud oğlu Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə təqsirli bilinərək əmlakı müsadirə olunmaqla 12 il, “Nəcibə” MMC-nin direktoru Ələmov Asif Meyli oğlu əmlakı müsadirə olunmaqla 10 il, cəmiyyətin maliyyə məsələləri üzrə direktor müavini Ağayev Həbib Məmmədağa oğlu əmlakı müsadirə olunmaqla 10 il, cəmiyyətin kadr məsələləri üzrə direktor müavini Cəfərzadə Mehparə Mahmud qızı əmlakı müsadirə olunmaqla 7 il, cəmiyyətin direktor müavini Məmmədov Nəbi Ağarəhim oğlu əmlakı müsadirə olunmaqla 11 il, cəmiyyətin baş mühasibi Abbasov Əliyer Qənbər oğlu əmlakı müsadirə olunmaqla 11 il, cəmiyyətin satış və təchizat üzrə direktor müavini Əliyev Ramil Saday oğlu əmlakı müsadirə olunmaqla 10 il, cəmiyyətin baş meneceri Əhmədov Kamran Sabir oğlu əmlakı müsadirə olunmaqla 9 il və cəmiyyətin meneceri Səfərov İlkin Məzahir oğlu əmlakı müsadirə olunmaqla 8 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunublar. Elbrus Əliyev ibtidai istintaq zamanı rayon İcra Hakimiyyəti başçılarına rüşvət verməsi barədə ifadə verməyib, bu barədə məhkəmədə verdiyi ifadələr isə məhkəmə istintaqı zamanı araşdırılıb, lakin öz təsdiqini tapmayıb.


E. Sultanov bildirib ki, qeyd edilən hər iki tikinti şirkətləri tərəfindən aldadılan vətəndaşlar Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin rəhbərliyi tərəfindən dəfələrlə qəbul edilib və onların müraciətlərinin həlli istiqamətində Bakı şəhər İcra Hakimiyyəti və digər icra orqanlarının rəhbərləri tərəfindən müvafiq tədbirlər görülür. Bundan başqa, ötən gün, yəni fevralın 28-də “Mur-Ay” MMC-nin vəzifəli şəxsləri tərəfindən törədilmiş cinayət əməlləri ilə bağlı 200-dən artıq zərərçəkmiş şəxslər Baş Prokurorluğun idarə rəisi Kamal Qılıcov, Bakı şəhər İcra Hakimiyyətinin şöbə müdirləri Əli Əsgərov və Namiq Məmmədov, həmçinin Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat idarəsinin baş müstəntiqi Möhübbət Hüseynov tərəfindən qəbul edilərək onlara istintaqın gedişi, o cümlədən dəymiş ziyanın ödənilməsi istiqamətində görülmüş tədbirlər barədə ətraflı məlumat verilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 641

Oxşar yazılar

Qubada "Lexus" dərəyə aşdı: İş adamı öldü,  yaralılar var

Qubada "Lexus" dərəyə aşdı: İş adamı öldü, yaralılar var

15 dekabr 2024 , 22:03
Siyəzəndə FACİƏ:  İki oğulu itirən ailənin qızı boğulub öldü

Siyəzəndə FACİƏ: İki oğulu itirən ailənin qızı boğulub öldü

15 dekabr 2024 , 21:55
İki qardaş qəzaya düşdü

İki qardaş qəzaya düşdü

15 dekabr 2024 , 19:11
Qubada evdə partlayış -  Yaralanan var -YENİLƏNİB

Qubada evdə partlayış - Yaralanan var-YENİLƏNİB

15 dekabr 2024 , 15:07
Bakıda ev yandı

Bakıda ev yandı

15 dekabr 2024 , 10:33
Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28