Kür və Arazda bənd vurma və bənd möhkəmləndirmə işləri aparılır
01 mart 2011 14:44 (UTC +04:00)

Kür və Arazda bənd vurma və bənd möhkəmləndirmə işləri aparılır

APA-nın məlumatına görə, bu barədə «Meliorasiya və Su Təsərrüfatı» Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədri Əhməd Əhmədzadə bildirib.

Ə. Əhmədzadənin sözlərinə görə, hazırda rəhbərlik etdiyi qurumla yanaşı, Fövqəladə Hallar Nazirliyi tərəfindən də bununla bağlı müvafiq işlər görülür.

“Ötən bir il ərzində 324 km bənddə bərpa işləri aparılıb. Həmçinin FHN tərəfindən 40 km məsafədə bəndlər bərkidilib. Yaxın vaxtlarda isə daha 272 km sahədə bərkitmə işləri aparılacaq”, - deyə ASC sədri vurğulayıb.

Daşqınlarla bağlı proqnozların indiyədək normal olduğunu deyən Ə. Əhmədzadənin sözlərinə görə, hələlik ötən il olduğu qədər böyük həcmdə su axını gözlənilmir: “Amma deyə bilərəm ki, bu il su axını bol olacaq. Lakin keçən ilki həcmi gözləmirik”.

Cənub bölgəsindəki daşqınlarla bağlı danışan Ə. Əhmədzadə bildirib ki, bu, bölgəyə yağan yağışlarla bağlıdır: “Yağışlar nəticəsində cənub bölgəsindəki xırda çaylarda suyun səviyyəsində artım olub. Amma vəziyyət nəzarət altındadır”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 456

Oxşar yazılar