5 yaşlı qızın ata-anası tərəfindən öldürülməsinin təfərrüatları açıqlandı
28 fevral 2011 23:55 (UTC +04:00)

5 yaşlı qızın ata-anası tərəfindən öldürülməsinin təfərrüatları açıqlandı

Bakıda 5 yaşlı qızın valideynləri tərəfindən döyülərək öldürülməsi ilə bağlı Bakı şəhər Prokurorluğu və Bakı şəhər Baş Polis idarəsinin birgə rəsmi məlumatı yayılıb.

Bakı şəhər Prokurorluğundan Lent.az-a daxil olan məlumatda bildirilir ki, paytaxtın Suraxanı rayonu Bülbülə qəsəbəsi S.Bəhlulzadə küçəsi döngə 13, 9 saylı evdə yaşayan, 16 mart 2006-cı ildə anadan olmuş Həsənova Sevinc Şahlar qızı baş nahiyəsindən aldığı ağır xəsarətdən 27 fevral 2011-ci il tarixdə saat 19 radələrində 3 saylı şəhər Kliniki Xəstəxanasında ölüb.

Suraxanı rayon Prokurorluğu və rayon Polis İdarəsinin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə tibbi-ekspertinin iştirakı ilə Sevinc Həsənovanın meyitinin xarici müayinəsi aparılıb, ölümün baş verməsi səbəblərinin müəyyən edilməsi üçün meyit Məhkəmə Tibbi Ekspertizasının Patoloji Anatomiya Birliyinin Suraxanı rayon şöbəsinə təqdim edilib. Həmçinin baxış zamanı Sevinc Həsənovanın yatdığı çarpayının üzərində qanabənzər ləkələri olan balınc üzlüyü və bir ədəd döşəmə silən taxta aşkar edilərək götürülüb.

Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (ehtiyatsızlıqdan zərərçəkmişin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.

Aparılmış ilkin araşdırmalar zamanı müəyyən edilib ki, fevralın 26-da axşamüstü Sevinc Həsənovanı analığı Rəpiyyət Osmanova döyüb, saat 22 radələrində isə yatağında onun ağlamasına və sakitləşməməsinə görə atası Şahlar Həsənov əsəbiləşib, 5 yaşlı qızı Sevincin baş nahiyəsindən təpiklə qəsdən bir neçə zərbə vurub. Səhəri gün Sevinc aldığı xəsarətlərdən huşunu itirdiyinə görə onu xəstəxanaya aparıblar, orada o, aldığı xəsarətlərdən ölüb.

Cinayət işi üzrə həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində 1978-ci ildə anadan olmuş Həsənov Şahlar Cümşüd oğlu və 1976-cı il təvəllüdlü Osmanova Rəpiyyət Osmanovna şübhəli şəxs qismində tutulublar.

Hazırda Suraxanı rayon prokurorluğunda cinayət işinin istintaqı davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 796

Oxşar yazılar

Bakıda dörd  “Toyota”  toqquşdu

Bakıda dörd “Toyota” toqquşdu

11 dekabr 2024 , 23:57
Bakıda QƏZA:  İşıqfor yerindən qopdu

Bakıda QƏZA: İşıqfor yerindən qopdu

11 dekabr 2024 , 23:01
Naxçıvanda yük maşını 34 yaşlı kişini vurub öldürdü

Naxçıvanda yük maşını 34 yaşlı kişini vurub öldürdü

11 dekabr 2024 , 21:23
Bakıda 19 yaşlı oğlan kirayə yaşadığı evdə özünü asdı

Bakıda 19 yaşlı oğlan kirayə yaşadığı evdə özünü asdı

11 dekabr 2024 , 19:33
İfadə verməyə çağırıldı: özünü binadan atdı

İfadə verməyə çağırıldı: özünü binadan atdı

11 dekabr 2024 , 18:54
Qafar Dəmirçi həbs edildi

Qafar Dəmirçi həbs edildi

11 dekabr 2024 , 18:05
Nazim Bəydəmirlinin işindən YENİ XƏBƏR

Nazim Bəydəmirlinin işindən YENİ XƏBƏR

11 dekabr 2024 , 18:03
Bakıda həbsxanada ÖLÜM

Bakıda həbsxanada ÖLÜM

11 dekabr 2024 , 17:10