Ağdamda 54 yaşlı qadın özünü öldürdü
28 fevral 2011 11:23 (UTC +04:00)

Ağdamda 54 yaşlı qadın özünü öldürdü

Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, 1957-ci ildə Laçın rayonun Hətəmlər kəndində anadan olmuş, hazırda Ağdamın Kolqışlaq kəndində yaşayan Mikayılova Çimnaz Daşdəmir qızı özünü öldürüb. O, axşam saatlarında yaşadığı evin həyətindəki tövlədə kəndirlə özünü asıb.

54 yaşlı qadın heyvanları üçün tövləyə gedib. Bir müddət keçsə və hava qaralsa da, geri qayıtmayıb. Yaxınları onun ardınca tövləyə daxil olduqda isə dəhşətli mənzərə ilə qarşılaşıblar.

Qeyd edək ki, Ç.Mikayılova indiyədək iki dəfə ailə qursa da, övladı olmayıb.

Faktla bağlı araşdırma aparılır.


Nizam Rza
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 499

Oxşar yazılar