Dəhşətli qəzada ölən şəxs polis mayoru imiş
Sabunçu rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, ölən şəxs Sabunçu rayon Polis İdarəsinin Pasport Qeydiyyat şöbəsinin əcnəbilər üzrə baş inspektoru, polis mayoru 1973-cü il təvəllüdlü Nazim Hüseynovdur.
Qeyd edək ki, “Hyundai Sonata” markalı avtomobil yoldan çıxıb və maneəyə çırpılıb. Daha sonra isə həmin avtomobil bir neçə dövrə vuraraq, yolun əks hissəsinə keçib və “Peugeot”a çırpılıb.
Qəza nəticəsində “Hyundai Sonata” bir neçə hissəyə parçalanıb. Hadisə yerinə gəlmiş polis əməkdaşları sürücünün meyitini maşından çıxara bilmədiyindən əraziyə FHN-nin xilasedicilər çağırılıb və avtomobil kəsilərək daha bir neçə parçaya bölünüb. “Peugeot”un sürücüsü isə ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə aparılıb.
Qəza baş verən zaman yolda təmizlik işləri aparan Mənzil Kommunal Təsərrüfatının əməkdaşları Lent.az-a bildirdilər ki, “Hyudai Sonata” həmin vaxt saatda təxminən 150-160 kilometr sürətlə hərəkət edirmiş.
Nizam RZA

2185