Qəhrəmanlar unudulmur – Milli Qəhrəman Hüseynov Elman Süleyman oğlu
Lent.az da bu təşəbbüsə qoşulur və Milli Qəhrəmanların doğum günlərində onlar haqqında məlumatları dərc edir.
Qəhrəmanlar unudulmur!
Hüseynov Elman Süleyman oğlu 28 fevral 1952-ci ildə Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində anadan olub. 1991-ci ildə könüllü olaraq Tərtərin müdafiəsi üçün tabor yaradılması ilə bağlı Müdafiə Nazirliyinə müraciət edib, 1991-ci ilin sentyabrında Tərtər özünümüdafiə qərargahının rəisi, 1991-ci ilin noyabrında Tərtər ərazi özünü müdafiə batalyonunun komandiri təyin olunub. Ağdərə rayonunun və ətraf yaşayış məntəqələrini düşməndən azad olunmasında fəal iştirak edib. Şəxsi şücaəti və rəhbərliyi altında keçirilmiş döyüş əməliyyatları nəticəsində düşmənin xeyli canlı qüvvəsi və texnikası məhv edilib. Döyüşlərdə iki dəfə yaralanıb. 1993-cü il yanvarın 15-də Vəng yüksəkliyi uğrunda gedən döyüşdə qəhrəmancasına şəhid olub. Tərtər rayonunun Qaraqoyunlu kəndində dəfn edilib.

708