Bakıda tükürpədici qəza: “Hyundai” parça-parça oldu
Lent.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, Nizami rayonu Heydər Əliyev prospektinin metronun “Əzizbəyov” stansiyası yaxınlığından keçən hissəsində “Hyundai Sonata” markalı avtomobil yoldan çıxıb və maneəyə çırpılıb. Daha sonra isə həmin avtomobil bir neçə dövrə vuraraq, yolun əks hissəsinə keçib və “Peugeot”a çırpılıb.
Qəza nəticəsində “Hyundai Sonata” bir neçə hissəyə parçalanıb. Hadisə yerinə gəlmiş polis əməkdaşları sürücünün meyitini maşından çıxara bilmədiyindən əraziyə FHN-nin xilasedicilər çağırıldı və avtomobil kəsilərək daha bir neçə parçaya bölünüb. “Peugeot”un sürücüsü isə ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə aparılıb.
Qəza baş verən zaman yolda təmizlik işləri aparan Mənzil Kommunal Təsərrüfatının əməkdaşları Lent.az-a bildirdilər ki, “Hyudai Sonata” həmin vaxt saatda təxminən 150-160 kilometr sürətlə hərəkət edirmiş.
Nizam Rza

585