Ermənilər Kəlbəcərin qızıllı torpağını tikintidə istifadə edirlər
Azərbaycanın ən böyük qızıl yatağı olan Kəlbəcərdəki zod yatağında ermənilər emal olunmuş torpaqlardan da istifadə edirlər. Lent.az-ın məlumatına görə, bu barədə Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının üzvü Sevil Yüzbaşeva mədən sənayesində şəffafıq təminatına dair illik hesabatdakı çıxışında bildirib.
O qeyd edib ki, tərkibində qızıl ehtiyatı olan bu torpaqlar ikinci dəfə emal edilir. Lakin ermənilər zod yatağındakı torpaqları tikinti işlərində istifadə etmək üçün Kəlbəcərdən Ermənistan ərazisinə daşıyırlar. Yüzbaşevanın sözlərinə görə, bununla əlaqədar ictimai təşkilatlar vasitəsilə Azərbaycana məlumatlar daxil olub. Həmin məlumatlarda bildirilir ki, Kəlbəcərin zod yatağından daşınan torpaqlar tikinti zamanı binaların üz qabığına suvaq şəklində vurulur. Bu da binaların günəş şüası altında bərq vurması və daha gözəl görünməsi məqsədini daşıyır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri Azadxan Səfərov da belə məlumatlara malik olduqlarını təsdiqləyib. O bildirib ki, Kəlbəcərdəki zod yatağının ermənilər tərəfindən istismar edildiyi artıq faktdır. Bununla belə, Səfərov deyib ki, Azərbaycan hökuməti, o cümlədən, nazirlik Ermənistanda qızıl sənayesi ilə məşğul olan şirkətlərin bu özbaşınalığına qarşı ciddi tədbirlər görmək imkanına malik deyil: “Bu torpaqlar bizim əlimizdə olmadığından, Kəlbəcərin və işğal altında olan digər qızıl yataqlarının qanunsuz olaraq işlənməsi məsələsi ilə ciddi məşğul ola bilmirik. Nə vaxt torpaqlar azad olunacaq, o vaxt da orada nə qədər qızıl ehtiyatının ermənilər tərəfindən istifadə olunduğu, hansı işlərin aparıldığı barədə daha dəqiq məlumatlar verə bilərik”.
Elxan SALAHOV

915