Ədliyyə Nazirliyinin 6 icra məmuru cəzalandırılıb
Ədliyyə Nazirliyində icra xidmətinin Bakı şəhəri və ətraf bölgələrin yerli qurumlarının bütün əməkdaşlarının iştirakı ilə geniş müşavirə keçirilib. Lent.az-ın məlumatına görə, tədbirdə çıxış edən ədliyyə nazirinin müavini Vilayət Zahirov korrupsiya ilə mübarizədə mühüm önəm kəsb edən məhkəmə qərarlarının icrası işinin təkmilləşdirilməsi üzrə tədbirləri vurğulayıb.
Bununla əlaqədar, korrupsiyaya qarşı mübarizə üzrə yanvarın 31-də keçirilən Kollegiyada və əhatəli əmrdə qoyulmuş qəti tapşırıqların icrasına dair tədbirlər, xüsusilə “qaynar xətt”lərə daxil olan şikayətlərin operativ araşdırılmasının nəticələri, monitorinq qrupu yaradılaraq yerli qurumlarda çevik və prinsipial yoxlamaların aparılması bildirilib.
Qeyd olunub ki, ötən il 120 minə qədər artan icra sənədlərindən 85%-nin icra olunmasına, habelə 209 nəfər barədə cinayət işinin başlanılmasına baxmayaraq, bu sahədə hələ də problemlər qalmaqdadır.
Müşavirənin yekunları üzrə ədliyyə nazirinin əmri ilə göstərilən kobud qanun pozuntularına və ciddi nöqsanlara yol verdiklərinə görə Nəsimi rayon icra şöbəsinin böyük icra məmuru M.Əhmədov ədliyyə orqanlarından xaric olunub, Nəsimi və Nizami rayon icra şöbələrinin icra məmurları X.Yaqubov və N.Qasımov tutduğu vəzifədən azad edilib, Səbail, Yasamal rayonları və Sumqayıt şəhəri icra qurumlarının rəhbərlərinə şiddətli töhmət verilib, bəzi digər məsul işçilərə xəbərdarlıq edilməklə işdə dönüş yaradılması üçün 6 ay vaxt verilib.
Sonda İcra baş idarəsinə korrupsiya ilə mübarizənin gücləndirilməsi, bununla əlaqədar xidmətin işinin düzgün təşkili və yerli qurumların fəaliyyətinə tələbkarlığın və nəzarətin artırılması, məhkəmə qərarlarının vaxtında və dürüst icrasına nail olunması, neqativ faktlar üzrə təxirə salınmadan zəruri tədbirlərin görülməsi barədə konkret tapşırıqlar verilib.
Nizam Rza

1491