İki “VAZ 2107”  toqquşdu, 1 ölü, 1 yaralı
22 fevral 2011 10:57 (UTC +04:00)

İki “VAZ 2107” toqquşdu, 1 ölü, 1 yaralı

Xətai rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Nobel prospektində, 145 saylı binanın qarşısında iki “VAZ 2107” markalı avtomobil toqquşub. 42 yaşlı Hacıyev Əlipənah Qəzənfər oğlunun idarə etdiyi 10 EJ 940 dövlət nömrə nişanlı avtomobillə 18 yaşlı Nəzərov Ramal Ramiz oğlunun sürdüyü 10 HK 711 nömrə nişanlı digər “VAZ 2107” bir birinə çırpılıb.


Hadisə nəticəsində Ə.Hacıyev dünyasını dəyişib. Digər sürücü isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma başlanılıb.

Nizam Rza
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 449

Oxşar yazılar