Sumqayıtda internat məktəbin müəllimi 9-cu mərtəbədən özünü atıb
21 fevral 2011 18:44 (UTC +04:00)

Sumqayıtda internat məktəbin müəllimi 9-cu mərtəbədən özünü atıb

Bu barədə APA-ya Sumqayıt şəhər Polis İdarəsindən bildirilib.

Hadisə Sumqayıt şəhəri, 13-cü mikrorayon, 3A saylı ünvanda yerləşən 9 mərtəbəli binada qeydə alınıb. Sumqayıt şəhər sakini, 1981-ci il təvəllüdlü Seymur Nəriman oğlu Adilov adıçəkilən binanın damından özünü atıb. O, aldığı xəsarətdən yerindəcə dünyasını dəyişib. Mərhumun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Polisdən həmçinin bildirilib ki, S.Adilov Sumqayıtda fəaliyyət göstərən, sağlamlıq imkanları məhdud olan uşaqlar üçün internat məktəbinin müəllimi olub.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 569

Oxşar yazılar