Azərbaycan futbol klubunun qapıçısı qəflətən öldü
Lent.az-ın məlumatına görə, Hacıyev qəflətən keçinib. Bununla əlaqədar “Şəmkir” rəhbərliyi XV turda “Bakılı” ilə keçirəcəyi səfər matçının təxirə salınması üçün Peşəkar Futbol Liqasına müraciət edib. Onların müraciətinə baxılıb və oyunun fevralın 19-dan başqa vaxta keçirilməsinə qərar verilib.
Lent.az-ın kluba yaxın mənbələrdən əldə etdiyi məlumata görə, futbolçu evində keçinib. Onun ürəktutmasından öldüyü bildirilir. Lakin komandanın baş məşqçisi Emin Kələntərov futbolçunun komandada çıxış etdiyi müddətdə ürəyindən heç bir şikayətinin olmadığı bildirib: “Futbolçuda qan dövranı çox yaxşı işləyib. Bunu ölümündən sonra bədəninin gec soyuması da bir daha sübut edir. Ölümün konkret səbəbi isə məlum deyil. Ola bilsin, qıcolma ilə bağlıdır”.
Kələntərov hadisənin təfərrüatlarını da danışıb: “Tural Hacıyevin anasının ölümünün hələ bir ili tamam olmayıb, özü isə həyat yoldaşından ayrılıb. Atası ilə birgə qalırmış. Bu gecə saat 02:30-dək televizora baxıblar. Sonra da yatıblar. Gecə atası ayılıb və görüb ki, oğlu yerə sərilib”.
Mərhum sabah dəfn olunacaq. Bu qərar Tural Həsənovun Rusiyada yaşayan yaxınlarının dəfn mərasiminə gəlib çata bilmələri üçün verilib.
Qeyd edək ki, Tural Hacıyev 17 sentyabr 1982-ci ildə anadan olub.

Oxşar yazılar

Yevlaxda zəlzələ baş verdi
27 iyul 2025 , 23:15
Yevlaxda DƏHŞƏTLİ QƏTL: alışqan vermədiyi üçün öldürüldü
27 iyul 2025 , 21:21
Abşeronda FACİƏ: İki nəfər dənizdə boğuldu-VİDEO
27 iyul 2025 , 20:51
Bakıda bu yollar bağlanır - SƏBƏB
27 iyul 2025 , 13:42
Qaxda toydan sonra FACİƏ: gənc oğlan öldü, kəlləsini sındırıblar
27 iyul 2025 , 13:40
Tovuzda qardaşının baltaladığı qadın öldü
27 iyul 2025 , 12:47