Lənkəran Prokurorluğunda ölüm hadisəsi
18 fevral 2011 10:58 (UTC +04:00)

Lənkəran Prokurorluğunda ölüm hadisəsi

Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, Hirkan qəsəbə sakini, 1934-cü il təvəllüdlü Həsənov Həsənəli Qurbanəli oğlu Lənkəran rayon prokuroru Ramiz Nəbiyevin qəbulunda olarkən ölüb. İlkin ehtimala görə, 77 yaşlı kişi ürək xəstəsi olub və qəfil ürək tutmasından dünyasını dəyişib.


H.Həsənovun meyiti daxili və xarici müayinə edilmək üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran zona mərkəzinə aparılıb.

Baş Prokurorluqdan Lent.az-a verilən məlumata görə, hadisə ilə bağlı bu gün rəsmi məlumat veriləcək.


Nizam Rza
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 526

Oxşar yazılar