27 bələdiyyənin işi prokurorluğa göndərilib
Lent.az-ın məlumatına görə, kollegiya iclasında 2010-cu ildə görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olunub.
Nazir Fikrət Məmmədov kollegiyada çıxış edərək, ədliyyənin inkişafına dair Dövlət Proqramının icrası üzrə tədbirləri qeyd edib və ədliyyə fəaliyyətinin ayrı-ayrı sahələri üzrə ötən il görülmüş işlərə toxunub, mövcud problemlər və qarşıda duran vəzifələr barədə danışıb.
Çıxışda qeyd olunub ki, 2010-cu ildə nazirlik tərəfindən qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılması, əhalinin rifahının yaxşılaşdırılmasına yönəlmiş 163 normativ hüquqi akt layihəsi hazırlanıb, 1752 akt hüquqi ekspertizadan keçirilib.
Əhalinin sərbəst və təmənnasız istifadə etdiyi milli qanunvericiliyin elektron bazası (www.e-qanun.az) zənginləşdirilərək, sayta 2 minədək yeni sənəd daxil edilib və onların sayı 21 minə yaxınlaşıb.
Bələdiyyələrə inzibati nəzarət qaydasında 27 minə yaxın bələdiyyə aktına baxılıb, nazirliyin təklifləri əsasında 441 akt dəyişdirilib və ya ləğv edilib, bəzi bələdiyyə aktlarının ləğvi üçün isə məhkəmələrdə iddia qaldırılıb. Eyni zamanda, korrupsiya ilə əlaqədar hüquqpozmalara qarşı mübarizənin gücləndirilməsinə dair dövlət başçısının tapşırıqlarına uyğun olaraq 27 bələdiyyənin fəaliyyətində aşkar edilmiş hüquq pozuntuları, o cümlədən maliyyə əyintiləri ilə əlaqədar materiallar prokurorluğa göndərilib, habelə 481 bələdiyyə sədrinin qanunsuz hərəkətlərə görə inzibati məsuliyyətə cəlb olunması barədə məhkəmələr qarşısında məsələ qaldırılıb.
Bununla yanaşı, iclasda ədliyyə fəaliyyətində mövcud nöqsanlar qeyd olunmuş, korrupsiyaya qarşı mübarizə üzrə yanvarın 31-də keçirilmiş nazirliyin Kollegiyasında qoyulmuş konkret tapşırıqların icrası vəziyyəti müzakirə olunub.
Bildirilib ki, dövlət başçısının korrupsiyaya qarşı qəti mübarizənin aparılmasına dair tələblərinin hər bir ədliyyə işçisinə və hakimə çatdırılması məqsədilə regional müşavirələr keçirilib, korrupsiyaya şərait yaradan hallar təhlil olunaraq onların aradan qaldırılması üçün tədbirlər müəyyən olunub.
Bu məqsədlə monitorinq qrupları yaradılaraq tabe qurumlarda yoxlamalar aparılıb, aşkar edilən bir çox nöqsanların yerində həllinə nail olunub, nazirliyə, xüsusilə “qaynar xətt”lərə daxil olan korrupsiya ilə bağlı şikayətlərin dərhal araşdırılması və zəruri işlərin operativ görülməsi təmin olunmuş, əlavə təsirli tədbirlər həyata keçirilir.
Həmçinin qeyd olunub ki, sahibkarlıq sahəsində yoxlamaların nizama salınmasının korrupsiyaya qarşı genişmiqyaslı mübarizədə xüsusi əhəmiyyəti nəzərə alınaraq, ötən il ölkə prezidenti tərəfindən bu barədə mühüm tapşırıqlar verilib, 2011-ci il 15 fevral tarixli Fərmanla isə bu yoxlamaların vahid reyestrinə dair Əsasnamə təsdiq olunub və onun aparılması Ədliyyə Nazirliyinə həvalə edilib. Bu mühüm səlahiyyətin həyata keçirilməsi üzrə vəzifələr kollegiyada geniş müzakirə olunaraq reyestrin cari ilin may ayının 1-dən fəaliyyətə başlamasının təmin edilməsi üçün zəruri tədbirlər müəyyən olunub.
Kollegiyada bir sıra qeyri-kommersiya hüquqi şəxslər dövlət qeydiyyatına alınıb.

581